azia.az
azia.az

TikTok-da pul qazanan məşhurlar - Siyahı

25-01-2022, 11:36

TikTok-da pul qazanan məşhurlar - Siyahı
Bir neçə müddətdir TikTok video paylaşım platformasına Azərbaycan şou- mədəniyyət üzvləri axın edir.

OLAY yazır ki, onlar sözügedən sosial şəbəkədə hesab açaraq, əvvəlcə min izləyici toplamağa çalışır, daha sonra canlı yayım açır, dostları ilə onlayn körpü quraraq revanşa qoşulur, kupon uğrunda yarışırlar.

Tanınmışlar arasında prodüser Tarix Əliyev, aktrisa Pərvin Abıyeva, komediya aktyorları Sabir Samiroğlu, Elcan Rəsulov, Məcid Hüseynov, Həsrət Həsrətov, Mənsur Şərif, Nicat Şakirli (Niko), aparıcı İlham Mirzəyev, model Səmra Hüseynova və başqalarına rast gəlmək olar.


TikTok-da pul qazanan məşhurlar - Siyahı

Bəs TikTok canlı yayımından necə pul qazanmaq olar?

İstənilən abunəçi min izləyiciyə sahib olduqdan sonra canlı yayım aça, izləyicilər tərəfindən virtual hədiyyə qəbul edə bilər. Həmin kuponlar TikTokun balansında qorunur və istifadəçi hədiyyələri pula çevirib öz bank kartına köçürə bilir.

Daha çox hədiyyə qazanmaq üçün tanınmış simalar duel-revanşa qoşulur, söhbət və yaxud müzakirə aparır. Onları dəstəkləyən istifadəçilər tərəfindən təyyarə, gül, alov, papaq, eynək, tac, ürək kimi hədiyyələr qəbul edir. Sözügedən hədiyyələrin hər biri müəyyən sayda kuponlardan ibarətdir. Nə qədər çox kupon, o qədər böyük pul deməkdir.

TikTok-da pul qazanan məşhurlar - Siyahı


Kuponlar arasında yüksək məbləğ şir hədiyyəsi hesab olunur ki, revanşlarda məşhurlara tez-tez atılır.

Həmçinin, sandıq hədiyyəsi var ki, hesab sahibinə göndərilən zaman canlı yayımı izləyən şəxslər də kupon əldə edə bilir.

Həmin hədiyyələr isə istifadəçilər tərəfindən müəyyən məbləğdə pula TikTok platformasından əldə edilir.
TikTok-da pul qazanan məşhurlar - Siyahı
TikTok-da pul qazanan məşhurlar - Siyahı
TikTok-da pul qazanan məşhurlar - Siyahı
TikTok-da pul qazanan məşhurlar - Siyahı
TikTok-da pul qazanan məşhurlar - Siyahı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi