azia.az
azia.az

Azərbaycanlı iş adamı Polşada NİYƏ SAXLANILDI?

28-03-2023, 20:09

Əslən Laçından olan, Polşa və Almaniyada uğurlu biznes fəaliyyəti ilə tanınan "Sevara Group" şirkətinin rəhbəri Rəşad Quliyev Polşada saxlanılıb.

Ulusal.az-ın məlumatına görə, bu barədə xəbəri Rəşad Quliyev verib. Azərbaycanlı iş adamı Polşadakı hava limanlarından birində saxlanıldığını, saxlanma səbəbinin isə hələlik məlum olmadığını diqqətə çatdırıb:

“Qeyri-müəyyən səbəblərdən Polşa dövlət sərhəd xidməti tərəfindən Katoşice şəhər beynəlxalq havalimanında saxlanılmışam”.

Qeyd edək ki, Rəşad Quliyevin rəhbəri olduğu "Sevara Group" şirkəti Laçında, Həkəri çayı sahilində salınacaq “CamperPark Həkəri” istirahət mərkəzi yaratmağı nəzərdə tutub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi