azia.az
azia.az

"...Ali insan dəyərlərinə sahib olan hər kəs, fikrimcə, ibadətli-ibadətsiz olsun, İslam dininin yetişdirməyi hədəflədiyi insandır!".

25-03-2023, 18:02

"Beş nəfər tanınmış insan oruc tutur, digərləri tutmursa, bu, istər-istəməz digərlərinin sanki milli -mənəvi dəyərlərə laqeyd yanaşması düşüncəsini ortaya qoyur".

"Halbuki oruc tutmaq, namaz qılmaq, Həcc ziyarətinə getmək kimi ibadətlər insana imtiyaz deyil, daha artıq məsuliyyət yükləyir. Azərbaycanda insanların xeyli hissəsi məhz məsuliyyəti anlamadan bu ibadətləri edir. Çevrədə fərqliliyini göstərmək, hansısa icmaya mənsub olmaq, öz şəxsiyyətini dindar obrazda təqdim etməklə etibarlılq qazanmaq məqsədi güdürlər. Nə gözəl deyilmiş: Mənə insanlığınızı göstərin, dindarlığınızı, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz. Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır.  Ali insan dəyərlərinə sahib olan hər kəs, fikrimcə, ibadətli-ibadətsiz olsun, İslam dininin yetişdirməyi hədəflədiyi insandır!".

Bunu Millət vəkili Fazil Mustafa ona son günlər oruc tutması ilə bağlı sual ünvanlandığını qeyd edərək, sosial şəbəkə hesabında yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi