azia.az
azia.az

"Koronavirus artıq mövsümi qripə çevrilib" - Professor

24-03-2023, 14:39

COVID-19 artıq mövsümi qrip, bir növ virus infeksiyası qrupuna daxil ola bilər.

Bunu Türkiyənin Koronavirus Elmi Komitəsinin üzvü Səma Kultufan Turan bildirib.

Onun sözlərinə görə, virusun quruluşu 3 ildə dəyişib və ağır xəstəliyə səbəb olma ehtimalı azaldıb. 

"Covid-19 virusunun quruluşunun dəyişməsi nəticəsində ağır xəstəlik halları azalıb. Yəni xəstəliklə bağlı xəstəxanaya yerləşdirmə və reanimasiyaya ehtiyac nisbətləri azalıb", - deyə professor vurğulayıb.

Səma Kultufan Turan vurğulayıb ki, Covid-19 digər bütün virus infeksiyaları kimi yaşlı insanlar və əlavə xəstəlikləri olanlar üçün hər zaman ciddi risk daşıyır.//Modern.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi