Bakıda kriminal hesablaşma / FOTOLAR
![]()
Bakının mərkəzində baş verən və iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir.
KONKRET.az xəbər verir ki, silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.
Hadisə zamanı yaralanan şəxslərin siyahısında Nicatın adına rast gəlinməsə də, videogörüntülərdə hücumun ona qarşı təşkilatlandığı açıq-aydın görünür.