Döyüşdə sağ qaldı, silahlı basqında öldürüldü- VİDEO
Bu gün Xətai rayonu ərazisində yerləşən Hipermarketin bankomatları olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Vətən müharibəsi iştirakçısıdır.
Məlumata görə, Rüfət Həşimov könüllü olaraq döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 6-da Füzuli istiqamətində döyüşlərə qoşulub. R.Həşimov həm də kikboks üzrə respublika mükafatçısıdır.
Qeyd edək ki, R.Həşimov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.