Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
Azia.az “Qafqazinfo”ya istinadə xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrlə polis polkovniki Eldəniz Məmmədov Bakı Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Məmmədov əvvəllər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub.

Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
İctimai nəzarətin təşkili: “Vətəndaşların müxtəlif mərhələlərdə idarəetmə prosesində iştirakı təmin olunmalıdır”
