Dövlət Xidməti vəkilliyə namizədlər üçün təlim keçirib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə Ədliyyə Akademiyasında icbari təlim kursu proqramı və Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin vəkillərin ixtisasartırma kursu proqramı üzrə növbətionlayn təlimkeçirilib.Dövlət Xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsindətəşkil olunan“İstehlakçı hüquqlarının müdafiə mexanizmləri” mövzusunda təlimdə 106 nəfərvəkilliyə namizəd iştirak edib.
Təliminin məqsədi istehlakçı hüquqlarının müdafiəsisahəsindəvətəndaşlara göstərilənhüquqi yardımın keyfiyyətinin yüksəldilməsindən ibarətdir.İştirakçılara istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi mexanizmlərivə bu hüquqların pozulması ilə bağlıməsuliyyət tədbirləribarədə ətraflı məlumat verilib
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.