azia.az
azia.az

Azyaşlı qızın zorlanmasına Salyanın deputatından REAKSİYA: "Hadisəni birinci dəfədir eşidirəm"

25-02-2023, 00:19

Sosial şəbəkədə Salyanın Çadırlı kəndində 13 yaşlı qızın zorlanması ilə bağlı  məlumat yayılıb. Bildirilib ki, azyaşlı beş nəfər tərəfindən zorlanıb. Hadisə zamanı məsuliyyət daşıyan 5 nəfər həbs olunsa da, sonradan 2 nəfər sərbəst buraxılıb. Kənd sakinləri iddia edir ki, indi uşağa "dəli" donu geyindirirək digər üç nəfəri də sərbəst buraxaraq, işi bağlamaq istəyirlər. Buna görə, müəllimləri sorğuya çağırıb incidirlər. 

Məsələ ilə bağlı Salyan rayonun deputatı Fəzail Ağamalı ilə əlaqə saxladıq. O, Demokrat.az-a açıqlamasında bildirib ki, bu hadisə ilə bağlı ona şikayət daxil olmayıb.

"Bu hadisəni birinci dəfədir eşidirəm. Əgər uşağın valideynləri mənə müraciət etsəydi, təbii ki, nəzarətimdə saxlayardım. Bu məsələ ilə bağlı mənə yazılı müraciət olmayıb. Əgər olunsaydı təbii ki, bununla məşğul olaram. Məsələnin ciddi araşdırılması üçün əlimdən gələni edərəm və bu haqsızlığın aradan qaldırılmasına üçün bütün addımları ataram. Lazım gələrsə, sizin sayt vasitəsilə ictimailəşdirərəm".

Qeyd edək ki, artıq Daxili işlər Nazirliyi məsələ  ilə bağlı hadisədə təqsirli bilinən 4 nəfərin istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçildiyini açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi