azia.az
azia.az

Avropa Liqasında 1/8 final cütlükləri bəlli olur

24-02-2023, 08:27

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Komandalar püşkdən öncə iki səbətə bölünüblər. Qrup qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.

Bu raundda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

1/8 final

Səpələnmişlər

"Arsenal" (İngiltərə)

"Betis" (İspaniya)

"Fənərbağça" (Türkiyə)

"Ferentsvaroş" (Macarıstan)

"Feyenoord" (Niderland)

"Frayburq" (Almaniya)

"Real Sosyedad" (İspaniya)

"Union" (Belçika)

Səpələnməmişlər

"Yuventus" (İtaliya)

"Bayer" Leverkuzen (Almaniya)

"Mançester Yunayted" (İngiltərə)

"Roma" (İtaliya)

"Sevilya" (İspaniya)

"Sportinq" (Portuqaliya)

"Union" Berlin (Almaniya)

"Şaxtyor" Donetsk (Ukrayna)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 9-da, cavab matçları isə 1 həftə sonra keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi