Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
Məlumata görə, ilk turun bütün oyunları eyni gündə keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq.
G qrupunda yer alan Azərbaycan çempionu "Qarabağ" Almaniyada "Frayburq"un qonağı olacaq.
Türkiyə klublarından "Fənərbağça" B qrupunda Ukraynanın "Dinamo" (Kiyev) klubunu qəbul edəcək. "Trabzonspor" isə Macarıstanda "Ferentsvaroş"la üz-üzə gələcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr
A qrupu
20:45. "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə)
20:45. PSV (Niderland) - "Budö Qlimt" (Norveç)
B qrupu
20:45. AEK (Larnaka, Kipr) - "Renn" (Fransa)
20:45. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)
C qrupu
20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya)
20:45. HİK (Finlandiya) - "Betis" (İspaniya)
D qrupu
20:45. "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya)
20:45. "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika)
E qrupu
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya)
23:00. "Omoniya" (Kipr) - "Şerif" (Moldova)
F qrupu
23:00. "Latsio" (İtaliya) - "Feyenoord" (Niderland)
23:00. "Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka)
G qrupu
23:00. "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan)
23:00. "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan)
H qrupu
23:00. "Srvena Zvezda" (Serbiya) - "Monako" (Fransa)
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Trabzonspor" (Türkiyə)