azia.az
azia.az

Türkiyədə yenidən güclü zəlzələ oldu: 4 nəfər ölüb, 294 nəfər yaralınıb

21-02-2023, 08:39

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı dörd nəfər çatıb.

 

Məlumatı “TRT Haber” yayıb.

 

“Ölənlərin sayı dörd nəfərə çatıb. Dağıntılar altında qalan iki nəfərin axtarışı üzrə işlər davam etdirilir”, - telekanal bildirib.

 

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Hatay vilayətində baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insanın xəsarət aldığını, 18 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi