azia.az
azia.az

“Azərbaycan türkcəsi zənginliyinə görə Türkiyə türkcəsindən çox yüksəkdədir”

21-02-2023, 08:32

Firudin Cəlilov: “Azərbaycan türkcəsi zənginliyinə görə Türkiyə türkcəsindən çox yüksəkdədir”

“Məncə, Şahbaz Xuduoğlu Anadolu türkcəsinə keçməyimizi ironiya ilə deyir. Çünki görür ki, Azərbaycanda ana dilinə münasibət necədir. Azərbaycanda ana dilinə qarşı çox laqeyd münasibət var, kim necə gəldi yazır, alınma sözlərdən çox istifadə edirlər, orfoqrafiya qaydaları gözlənilmir, kitablar az oxunur… Dilə münasibət ortadadır, əlifba problemi var, savadsızlıq baş alıb gedir. Belə olan halda, Şahbaz bəy kinayə ilə təklif edir ki, bəlkə, elə Türkiyə türkcəsində danışaq?”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov deyib.

 

O bildirib ki, Azərbaycanın Anadolu türkcəsinə keçməsi mümkün deyil: “Çünki Türkiyədə iki dil var. Biri xalqın dili – Anadolu türkcəsidir. Onlar bizim kimi danışırlar. Bu dilə keçməyə ehtiyac yoxdur, eyni xalqdır, eyni dildir. İkinci dil isə radio, televiziya, qəzetlərdə işlənən ədəbi dildir, bu, İstanbul türkcəsidir. İstanbul ləhcəsi pozuq türk dilidir, pozulub. Burda da bir kinayə ovqatı var. Şahbaz bəy özü açıqlama verməlidir ki, “başa düşmürsünüz nə demək istəyirəm?””

 

F.Cəlilov Ş.Xuduoğlunun Azərbaycan dilinin əyalət çərçivəsindən xilas ola bilməməsi barədə fikirlərini isə belə dəyərləndirib: “Dilçi alim, professor kimi demək istəyirəm ki, bu gün mövcud olan türk dilləri arasında Azərbyacan dili qədər gözəl, zəngin, mükəmməl ikinci bir dil yoxdur. Bunu mütəxəssis kimi deyirəm. Azərbaycan türkcəsi orfoqrafiya qaydalarına, leksikasına, söz dağarcığına, zənginliyinə, sintaktik konstruksiyasına, ədəbi dil normalarına görə bu gün mövcud olan Türkiyə türkcəsindən, Orta Asiya türk dillərinin hamısından çox-çox yüksəkdədir”.

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi