azia.az
azia.az

Dağıntılar altında dünyaya gələn uşaq övladlığa verildi - Minlərlə müraciət edilmişdi / FOTOLAR

20-02-2023, 09:38

Türkiyənin Kahramanmaraş vilayətindəki güclü zəlzələlər nəticəsində Suriyada baş verən dağıntılar altında dünyaya gələn uşaq övladlığa verilib.

Xəbər verilir ki, o, xalasına övladlığa verilib. Xalası Afrində dünyaya gələn qıza Afraa adını verib. Məlumata görə, uşaq dağıntılar altında dünyaya gələrkən anası həyatını itirib. Uşağın bütün ailə üzvləri zəlzələdə həyatını itirib. Minlərlə şəxs müraciət edərək, uşağı övladlığa götürmək istəyib.

Onlar uşağa xoş həyat bəxş edəcəklərini vəd ediblər. Lakin Suriyanın aidiyyatı qurumları uşağın xalasının istəyini nəzərə alaraq, qızı ona həvalə ediblər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi