azia.az
azia.az

Baş Dövlət Yol Polisi İdarəsindən Sərvər Bəşirliyə JEST - FOTO

18-02-2023, 11:43


Xəbər verdiyimiz kimi, Türkiyədə bir çox yardımları ilə tanınan, "Atlas" mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Səbahəddin Civelek Sərvər Bəşirlinin addımına cavab olaraq, ona avtomobil hədiyyə edib.

Qlobal.net Musavat.com-a istinadən xəbərinə görə, bu gün Sərvər Bəşirlinin yeni avtomobilinə nömrə verilib.

Baş Dövlət Yol Polisi İdarəsi jest edərək S.Bəşirlinin öz nömrəsini saxlayıb. İdarənin əməkdaşları rüsum pulunu ödəyərək Sərvərin ailəsinin xərcə düşməsinə imkan verməyiblər. Avtomobil artıq ailənin istifadəsindədir.

Xatırladaq ki, Sərvər Bəşirli hazırda Adıyamanda - zəlzələdən zərər çəkən bölgədə könüllü olaraq fəaliyyət göstərir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi