Bəxtiyar Hacıyev Müalicə Müəssisəsinə köçürüldü
İctimai fəal Bəxtiyar Haclyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülüb.
Bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.
Qeyd: Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.
Kamal Məmmədov