"Azərbaycanı Laçın dəhlizi ilə hərəkət azadlığını bərpa etməyə çağırırıq” - Fransa
Fransanın ATƏT-dəki nümayəndəliyi Laçın dəhlizi ilə bağlı Azərbaycana müraciət edib.
Xəbər verilir ki, Fransa Azərbaycan-Ermənistan dialoquna töhfə verəcəyini bildirib:
“Fransa Aİ ilə birlikdə Ermənistan və Azərbaycan arasında, o cümlədən ATƏT çərçivəsində dialoqun inkişafına töhfə verməkdə davam edəcək.
Fransa Azərbaycanı ötən il dekabrın 12-dən blokadaya alınmış Laçın dəhlizi ilə hərəkət azadlığını bərpa etməyə çağırır”, - nümayəndəliyin “Twitter” mikrobloqunda bildirilib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 61 gündür davam edir. Yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.Sfera.az