azia.az
azia.az

Heyvanlara görə boşanan qadın: “Küçə pişiklərinə görə 8000 manat borcum var” - VİDEO

2-02-2023, 09:46

"Həyat yoldaşım mənə şərt qoydu ki, ya mən, ya da heyvanlar. Mən də təbii ki, heyvanları seçdim. Heç də peşman deyiləm”.

Bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı” verilişində 60 küçə pişiyini himayəsinə götürərək onlara yaşayış olmayan binada qulluq edən heyvansevər deyib.

Lətafət xanım baxdığı pişiklərə görə 8 min manat kredit borcu olduğunu deyir.

"500 manat maaş alıram. Amma ayın axırında 1500, xəstə heyvanlar olanda isə 1800 manata qədər xərcim çıxır”, - deyə heyvansevər qeyd edib.

O, heyvanlara görə qızıllarını satmağından da bəhs edib:

"Üç gün ac qaldıq. Anam rəhmətə gedəndə mənə qızıl bağışlamışdı. Öz qızıllarım da var idi. Hamısını dəyər-dəyməzinə satıb, qəssab dükanından onlara yemək alıb verdim”.

Daha ətraflı süjetdə:

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi