Ən şanslı bürclər bunlardır
Azia.az media-Firavanlıq və bolluq içində yaşamaq çox insanın arzusudur. Bunu reallaşdırmaq üçün çoxlu pul qazanmaq lazımdır. Bəzi insanlar sonsuz sərvətə sahib olmaq istəyir, bəziləri isə pulu sadəcə bir alət kimi görür. Astrologiyaya görə, bəzi bürclər pul qazanmaqda çox şanslıdırlar. Fürsət həmişə qarşılarına çıxır.
Savash.org bu bürcləri oxucularına təqdim edir:
TƏRƏZİ
Tərəzilər çalışqan, insanlarla münasibətlərdə və komanda işində çox uğurludurlar. Onlar həm də çox ağıllıdırlar. Ağılları sayəsində yaxşı qazanc əldə edir və zəhmətləri sayəsində varlanırlar.
BALIQLAR
Balıq bürcü altında doğulanlar xəyalpərəstdir. Bu xüsusiyyət onları arzularına çatdırır. Onlar da astrologiyanın pul qazanmaqda şanslı bürclərindən olduğu üçün fürsətləri yaxşı dəyərləndirməyi bacarırlar. Balıq bürcü insanları xəyalları və çalışqanlığı sayəsində çoxlu pul qazanır.
XƏRÇƏNG
Xərçəng bürcü insanları işləməyi sevirlər. Bu xüsusiyyətinə görə, Xərçənglər iş həyatında hər zaman bir addım öndədir.
Adətən yaxşı menecer olurlar. Əzmkarlıqları və zəhmətləri sayəsində addım-addım zirvəyə qalxırlar.
BUĞA
Buğa bürcü çox inadkardır. Xüsusilə iş həyatına gəlincə, istədiyini mütləq əldə edir.
Onların dəbdəbəyə xüsusi sevgisi var və bunun üçün çox işləməyə hazırdırlar. Buğa bürcü rahat həyat yaşamaq istəyir. Bu səbəbdən də dayanmadan işləyir və qazancını artırır.
ŞİR
Şir bürcü adətən çox ağıllı və uğurlu olur. Əzmkar ruhları onları uğura aparır.
Qazanmaqda inadkardırlar. İstədikləri həyata sahib olmaq üçün var gücləri ilə çalışırlar.
ƏQRƏB
İntuisiyaları həyatın bütün sahələrində onlara kömək edir. Əqrəblər pula güc olaraq baxırlar. Qazancını artırmaq üçün bir çox işlərdə işləyə bilərlər. Onları zəhmətkeşlikləri mütləq varlandıracaqdır.
Qoç, Əkizlər, Qız, Oxatan, Oğlaq və Dolça hədəfə köklənmiş insanlardır, lakin pul dalınca qaçmırlar. Gündəlik həyatlarında onlara bəs edən qədər qazanmağı xoşlayırlar.
Çağatay
Savash.org