Xəyanətə ən meyilli bürclər bəlli oldu: Onlarla münasibət qurmadan öncə bir daha düşünün! - SİYAHI
Yaxın zamanlarda aparılan araşdırmaya əsasən, ən çox xəyanətə meylli olan bürclər açıqlanıb.
Sfera.az bildirir ki, araşdırmaya əsasən, bir insanın bürcünə baxaraq onun aldadıb-aldatmayacağını deyə bilməsəniz də, niyə və necə aldatdığını müəyyən edə bilərsiniz. Nəticələrə görə, sıra ilə aldatmaya düşkün olan bürcləri təqdim edirik:
1. Şir bürcü
Onlar alovlu şəxsiyyətlərini göstərməyi sevirlər. Bu bürcün təxminən 36 faiz nümayəndəsi ya aldadır, ya da aldatmağa yaxınlaşır. Bəs niyə? Çünki şirlər diqqət mərkəzində olmaq istəyirlər və ona yetərincə bunu verə bilmirsənsə, digər heyranlarına tərəf gedə bilərlər.
2. Qoç bürcü
Araşdırmada iştirak edən Qoç bürclərinin 34 faizinin daha əvvəl aldatdığı müəyyən edilib.Bu bürclər alov qrupuna daxildir və Mars tərəfindən idarə olunur. Ona görə də impulsivdirlər. Bəziləri bunun öhdəsindən gələ bilsə də, bəziləri düşünmədən hərəkət etməyə meyllidir.
3. Əkizlər bürcü
Bu bürc altında doğulanlar müvəqqəti münasibətlərə üstünlük verirlər. Ona görə də onların 31 faizinin xəyanətə meylli olması və ya xəyanət etməsi təəccüb doğurmur. Əkizlər çox tez bezir. Adətən, özlərində iki şəxsiyyəti birləşdirdiklərinə görə, ikisini də təmin etmək lazımdır. Nəticə etibarilə, bu iki şəxsdən biri ailə qurmağa meylli olsa da, digəri olmaya bilər.
4. Oxatan bürcü
Araşdırmaya əsasən, bu bürcün nümayəndələrinin 23 faizi həyat yoldaşını aldadıb və ya buna yaxınlaşıb. Bu alov bürcü impulsiv və macəra sevən olur və öhdəlik götürmək məsələsindən uzaqdırlar. Bu, oxatanların xəyanət etməyə məhkum olduğu mənasına gəlmir, lakin birinə bağlanırlarsa, buna dəyməlidir. Əks halda, onların azad təbiəti ortaya çıxar.
5. Buğa bürcü
Hər nə qədər seksə düşkünlükləri ilə tanınsalar da, buğalar güvənli adamlardır. Bu səbəbdən araşdırmaya qatılanlardan sadəcə 17 faizi aldadıb və ya buna yaxınlaşıb. Əksəriyyəti təkliyə inanır. Torpaq bürcü olan buğalar zövqdə maraqlıdırlar. Yəni yaxşı yemək, bahalı paltarlar və təbii ki, cinsəllik onlar üçün önəmlidir. Nadir də olsa, buğa aldadırsa, bu, zövq düşkünlüklərindən irəli gələ bilər.
6. Xərçəng bürcü
Duyğusal və qayğıkeş olan su bürcü ətrafındakı insanlara rəhbərlik edir. Bağlılığa sadiq qalan xərçənglərin 13 faizinin xəyanətə meylli olduğu bəlli olub. Əksəriyyəti sadiq qalmağa üstünlük verir. Bəs bu bürc hansı hallarda aldada bilər? Xərçənglər mübahisələrlə mübarizə aparmaqda yaxşı deyillər. İncinərlərsə, hücum edə bilərlər. Aldadırsa, böyük ehtimalla bu səbəbdəndir.
7. Balıq bürcü
Bu bürclər qayğıkeşdirlər və empatiya hissi ilə doludurlar. Sədaqətlərini nadir hallarda ifadə edirlər. Araşdırmada iştirak edənlərin 12 faizi xəyanət edib və ya buna yaxınlaşıb. Yenə də bir gözünüz açıq olmalıdır. Çünki ən romantik bürcü güllər, şeirlər və ya komplimentlərlə yoldan çıxarmaq olar. Həyatının sevgisi ilə qarşılaşarlarsa, həmin an həyatında birinin olması onun üçün əhəmiyyət daşımaz.
8. Oğlaq bürcü
Ciddi və müstəqildirlər, ona görə də digər bürclər kimi asanlıqla yuva qura bilmirlər. Lakin ciddi münasibətləri varsa, asan yoldan çıxmazlar. Bu bürclərin 11 faizi xəyanət təcrübəsi yaşayıb. Adətən, işlərində və münasibətlərində uğurlu olurlar. Münasibətlərinin məqsədlərinə uyğun olmadığını düşünərlərsə, daha ümid verən birinə üstünlük verərlər.
9. Dolça bürcü
Qarşı tərəflə dərin münasibət qurubsa, tək gecəlik olma ehtimalı azdır. Dolçaların 10 faizi xəyanətə düşkün olub. Bu bürclər bəzən heç kimin onları başa düşmədiyini hiss edir. Qəfildən onları başa düşən biri ilə qarşılaşsalar, münasibətləri əhəmiyyət kəsb etməyə bilər.
10. Əqrəb bürcü
Seksə düşkün olmaları ilə tanınırlar. Ona görə də xəyanət edən bürc olduqlarına inanılır. Ancaq onların cəmi 9 faizi xəyanətə meylli olub. Dərinlik axtaran əqrəblər insanları qəlblərinə almaq mövzusunda istəksizdirlər. Bu səbəbdən adi bir münasibətə başlama ehtimalları aşağıdır. Əqrəb aldadırsa, ancaq kin və intiqama görə edər. Yəni əvvəlcə siz aldatmısınızsa, onun da eyni addımı atacağından şübhəniz olmasın.
11. Tərəzi bürcü
Venera tərəfindən idarə olunan Tərəzilər təkcə diplomatik və zərif olmaları ilə tanınmır, həm də romantikaya düşkünlükləri ilə seçilirlər. Onların sadəcə 7 faizi aldadıb və ya başqası ilə münasibət qurmağı düşünüb. Bu bürclər sevgili olmağı sevir. Münasibətləri pisə getdiyi zaman bir anda bitirirlər. Sizə adi mübahisə kimi gələn şeylər, ona ayrılıq səbəbi kimi görünə bilər.
12. Qız bürcü
Sadiq olaraq bilinən bu bürclərin yalnız 6 faizi xəyanətə meyl edib. Həmin qrupdakıların aldatma səbəbi isə mükəmməllik gözləmələri olub. Yəni qarşı tərəf qız bürcünün standartlarına cavab verməyib. Qalan hallarda isə, aldatmaq yerinə, tərk etməyə üstünlük verirlər.