"Xanım müğənnilərin çoxu kimlərinsə “ikinci arvadı”, yaxud “saxladığı”dır"-DƏHŞƏT
“Qadınlar əvvəllər bu qədər azad və sərbəst deyildi. Çox təəssüf ki, çoxlarımız azadlıqla özbaşnalığı qarışdırırıq. Bəzi qadınlar onlara verilən sərbəstliyi özbaşnalıq kimi dərk edir və yüngül həyat tərzi yaşayır. Soruşanda da deyir ki, həyat mənimdir, özüm bilərəm”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib. Yeni formalaşan “İkinci arvad” və “saxladığı” trendi
Azadlıq odur ki, səni istəmədiyin şeyə məcbur etmirlər. Lakin, bəziləri ona verilən azadlıqdan bir növ sui-istifadə edir. Və “azad qadın”ın ipini yığa bilməyən ailə sonda ondan üz çevirmək məcburiyyətində qalır. İtirməyə heç nəyi qalmayan qadınların bir qismi həyatın dibinə yuvarlanır. Həm fiziki, həm də mənəvi cəhətdən məhv olur. Bir qism “azad qadın” isə “qurban” ovuna çıxır. Həyatda qalmaq və bir qədər də yaxşı yaşamaq üçün imkanlı və kifayət qədər yaşlı kişilərə “padxod” edirlər. Və çox zaman da onların “padxod”u alınır. Təsadüfi deyil ki, indi çox sayda qadınlar kimlərinsə “ikinci arvadı”, “saxladığı”dır”.
Çirkin və yaşlı Məşədi İbadla cavan Gülnazın nağılı
Pul və şöhrət üçün bütün yolllara gedən qadınlardan danışan psixoloq bildirib ki, əslinə baxsan, özünə hörmət eliyən, normal təfəkkürə malik heç bir qadın kiminsə “ikinci arvadı”, “saxladığı” olmaq istəməz:
“Lakin, bu reallıqları və alçaldıcı adları qəbul edən qadınlar üçün əsas məsələ puldur. Onlar üçün sevgi, ailə kimi müqəddəs hislər ikinci dərəcəlidir. Əsas odur ki, onu “saxlayan” “həci”nin yaxşı imkanları olsun. Pul hərisi olan pozğun qadın da baxır ki, ona istədiyini ancaq yaşlı və çirkin “həci” verə bilər. Qəribə burasıdır ki, “həci”lər də bunun hiylə olduğunu bilə-bilə kompramisə gedirlər. Bəzi “həci”lər hətta ondan uşaq istəyən “gözəlçələr”ə “yox” da demir.Baxmayaraq ki, “uşaq” sonradan “həci”nin gen dünyasını başına dar edir”.
Cəmiyyətimizə “Məşədi İbad”ların və “Gülnaz”ların vurduğu zərbə
Gülnar Orucova məsələnin maraqlı tərəfinə də toxunub:
“Yaşlı və çirkin “həci”lər cavan “gözəlçələr” üçün həm də bir karyera taramplinidir. Bu gün çevrəmizdə kifayət qədər qadın var ki, “həci” hesabına populyar müğənni, pdodüsser, psixoloq, aktrisa və sairə olublar. Bəzi qadınlarsa bir qədər də irəli gedib “həci”nin ailəsini dağıdır, “birinci” arvad” statusu qazanır. Baxın, bu gün üzdə olan müğənnilərin çoxu kimlərinsə ikinci həyat yoldaşıdır.
Burda bir iyrənc məqam da var. Bəzi “həci”lər hansısa müğənnini və yaxud aktrisanı “saxladığını” gizlətmir. Və çevrəsinə həmin qadını göstərib deyir ki, “bu mənim ...-dir” . Nə yazıq ki, həmin qadın da bunu eşidir, bilir. Amma fərqinə varmır. Onlar üçün əsas sponsorluqdur.
Bu gün müğənnilərin çoxu kimlərinsə “ikinci arvadı” və yaxud “saxladığı”dır. Bəzi müğənni üçün kiminsə ikinci, üçüncü xanımı olmsının heç bir fərqi yoxdur. Əsas odur ki, onun istəklərini reallaşdırsın. Hələ onu demirəm ki, “mövsümi ərə gedən” “sənətçilər”imiz də var. Bu gün bir müğənni efirdən elan edir ki, “filankəslə ailə qururam”. Bir ay sonra çıxıb deyir ki, “bizimki alınmadı”. Ən pisi də odur ki, bunlar televiziyada, mətbuatda və sosial çəbəkədə çox geniş şəkildə təşviq olunur. Təsadüfi deyil ki, indiki gənc qızların çoxu məhz buna görə müğənni və yaxud aktrisa olmaq istəyir”.