azia.az
azia.az

Xameneinin keçmiş tələbəsi İsraildə gizli görüş keçirdi – ŞOK İDDİA

16-01-2023, 09:31

Azia.az media-

Hazırkı İran rejiminə qarşı çıxan din xadimi bu yaxınlarda İsrailə gizli səfər edib və orada Baş nazir Binyamin Netanyahunun ətrafı ilə görüşüb.

Bu barədə “i24news.tv” məlumat yayıb.


Bildirilib ki, imam İran lideri Ayətullah Əli Xameneinin keçmiş tələbəsidir.

Telekanal təhlükəsizlik baxımından onun adını açıqlamır.

Məlumata görə, vaiz indi İran hakimiyyətini sərt tənqid etməsi ilə tanınır.

Qeyd olunub ki, din xadiminin Netanyahunun nümayəndələri ilə görüşü telekanala baş nazirə yaxın mənbə tərəfindən təsdiqlənib.

Telekanalın jurnalistləri imamın özü ilə də əlaqə saxlayıb, o, İsrailə səfər etdiyini inkar etməyib və Netanyahunun ətrafındakı bir məmurla dostluq münasibətləri saxladığını etiraf edib.

İqbal Rzayev,

KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi