azia.az
azia.az

Kriştiano Ronaldo: “O mənim üçün futbol atası kimidir...” - FOTO

15-01-2023, 15:48

Portuqaliyalı ulduz Kriştiano Ronaldo “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson haqqında xoş sözlər deyib. 

Offsideplus.az "sports.ru"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu şotlandiyalı mütəxəssisi tərifləyib: “Boss lider idi, hər bir oyunçunu ardınca aparırdı. Bu barədə çox demişəm ki, o, mənim üçün futbol atalarından biri kimidir".

"18 yaşımda “Mançester Yunayted”ə gələndə o, məni lazım bildiyi mövqeyə qoydu. Mənə çox şey öyrətdi. Mənim indi gəldiyim səviyyədə onun da əməyi var. Mənim üçün etdiklərinə görə ona minnətdaram”, - deyə “Mançester Yunayted”in keçmiş hücumçusu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi