azia.az
azia.az

Qardaş dövlətdə divarlara “ermənilərə ölüm” şüarı yazıldı - FOTO

14-01-2023, 08:58

Yanvarın 11-də yəhudi radikalları Yerusəlimdəki Müqəddəs Yaqub kilsəsinin divarlarına ivrit dilində “ermənilərə ölüm”, “intiqam” yazıblar. 
 
“Ölkə.Az” xəbər verir ki, bu barədə Yerusəlim Erməni Patriarxlığının kansler departamentinin rəhbəri arximandrit Koryun Bağdasaryan məlumat verib. 

“İlk dəfədir ki, erməni monastırının divarlarında belə yazılar qalıb. Polisə şikayət etdik. Biz polisin bu əməli törədənləri saxlamasını və müvafiq prosesə başlamasını gözləyirik”, – Koryun Bağdasaryan bildirib.

Onun sözlərinə görə, yerli hakimiyyət və ya polis belə hadisələrin qarşısını almaq üçün ciddi addımlar atmır. 

“Əgər ciddi addımlar atsaydılar, bu gün bu hərəkətlər təkrarlanmazdı. Əgər bu hərəkətlər təkrarlanarsa, o zaman cəzalandırılmır”.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi