azia.az
azia.az

Vasif Talıbovun tayfasında Naxçıvan qurtula bilmir - FOTO

12-01-2023, 11:52

“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

 

Bu barədə Banka istinadən xəbər verilir.

 

Məlumata görə, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

 

Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir. Onun nizamnamə kapitaklı 94 milyon dollardır.



Report



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi