azia.az
azia.az

"Yeni Klinika"nın həbsdə olan sabiq direktorundan xəbər var

12-01-2023, 09:30


Ali Məhkəmədə "Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasov və digərləri barəsindəki qərardan verilən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib. 

 

Xatırlatma: "Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru olmuş Pərviz Abbasov Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub.

 

Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya endirib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi