azia.az
azia.az

Tualet problemini ictimailəşdirən müəllim AĞLADI: "Məni həbs etmək istəyirlər..." - VİDEO

11-01-2023, 19:38

Sosial şəbəkədə işlədiyi məktəbdə olan tualet problemini ictimailəşdirən müəllimin yeni videosu yayılıb. 

 

Sfera.az xəbər verir ki, İmişli rayon Yusif Sadatxanov adına Aranlı kənd Orta Məktəbinin müəllimi Leyla Nəcəfquliyeva müdafiəçilərinə müraciət edərək bildirib ki, onu həbs etmək istəyirlər. 

 

Leyla Nəcəfquliyeva bu üzdən onunla bağlı paylaşımlara ara verilməsini, müdafiə xarakterli çıxışların dayandırılmasını xahiş edib. Müəllimin gözyaşları içində paylaşdığı görüntülər sosial şəbəkələrdə qısa müddət ərzində sürətlə yayılıb və əsas müzakirə mövzusuna çevrilib. 

 

Qeyd edək ki, Leyla Nəcəfquliyeva məktəbdə tualet olmadığını deyərək şagirdləri tualet tikilənə qədər dərsə gəlməməyə çağırmışdı. 

Bunun ardınca L.Nəcəfquliyevaya töhmət verilmişdi. 

 

Həmin müraciəti təqdim edirik:

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi