azia.az
azia.az

Polşada müsəlmanlarla evlənən qadınlar xəyanətdə ittiham olunur - VİDEO

11-01-2023, 08:38


Polşada müsəlmanlarla evlənən qadınlar xəyanətdə ittiham olunur.

Avropa Birliyi üzvü bildirib ki, Polşada sağçı hökumətin anti-İslam və anti-immiqrant siyasətinə görə İslamı qəbul edən polyaklara "satqın” kimi baxılır, müsəlman kişilərlə evlənən polşalı qadınlar isə "bioloji xəyanət”də günahlandırılır.

Təxminən 38 milyon əhalisi olan Polşada əhalinin cəmi 0,1 faizi müsəlman olmasına baxmayaraq, mediada və siyasi müzakirələrdə İslam əleyhinə ritorika geniş yer alır.

Şərqi Avropada İslam və gender mövzusunda araşdırma aparan ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçısı Anna Piela 2015-ci ildə Polşada seçilmiş sağçı hökumətə qarşı artan anti-müsəlman müxalifətini qiymətləndirib.

Polşada müsəlmanlara qarşı olan hisslərin cinsiyyətçi bir tərəfi olduğunu ifadə edən Piela "Polşalı qadının müsəlman kişi ilə evlənməsi "sadə xəyanət" kimi qəbul edilmir. Qadının da müsəlman kişidən övladı olacağı üçün, o həm də milli dövlətə bioloji xəyanət kimi qəbul edilir”, - ifadəsini işlədib. 

AZXEBER.COM 

Ayşən





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi