azia.az
azia.az

Ermənistanın turizm şirkəti Azərbaycana tur təşkil edir - FOTO

10-01-2023, 18:24

Məlum olub ki, Ermənistanda Azərbaycanın paytaxtı Bakıya səfər etməyi təklif edən turizm şirkəti var.  “Arara” şirkəti Azərbaycan, Gürcüstan, Ermənistan marşrutu üzrə 17 günlük tətil təklif edir. Şirkətin sahibi Nikol Paşinyanın tərəfdarı Boris Saakyandır.

Nəşr belə bir şirkətin olmasına təəccübləndiyini bildirib.

“Maraqlıdır ki, erməni şirkəti Azərbaycana gələn turistlərin istirahətini və təhlükəsizliyini necə təmin edə bilir. Erməni şirkəti belə bir paketi necə təklif edə bilər? Erməni şirkəti bu ölkənin xüsusi xidmət orqanlarının icazəsi olmadan Azərbaycan ərazisində fəaliyyət göstərə bilməz. Bunlar hələ də cavabsız qalan suallardır.

Daha maraqlısı budur ki, əldə etdiyimiz məlumatlara görə, turizm şirkətinin sahibi Nikol Paşinyanın tərəfdarı Boris Saakyana məxsusdur. Facebook-dakı paylaşımlarına görə o, dövlət tenderlərində də iştirak edir.

Biz iş adamı ilə əlaqə saxlamağa çalışdıq. Ona Ermənistan hakimiyyətinin dəstəyindən necə yararlandığı və Azərbaycanda fəaliyyət göstərə bildiyi barədə suallarımız var idi. Lakin zənglərimiz cavabsız qalıb”, – deyə qəzet yazır.

Xuraman Etibarlı,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi