azia.az
azia.az

Ukrayna Gürcüstana verdiyi “Buk” komplekslərini geri istəyir

9-01-2023, 16:35

Ukrayna Gürcüstandan 2008-ci ildə Tbilisiyə verdiyi “Buk” raket sistemlərini geri qaytarmasını istəyib.

Bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun Ukrayna mətbuatında dərc edilən məqaləsində bildirilib.

Onun sözlərinə görə, Ukraynanın müraciətinə ABŞ-nin Gürcüstana verdiyi “Javelin” tank əleyhinə kompleksləri də daxil olub.

“Gürcüstan hökumətinin Ukraynaya hərbi yardım göstərməkdən qəti olaraq imtina etməsinə baxmayaraq, Ukrayna bu məsələnin daxili-siyasi mübahisələrdə istifadə edilməsinin əleyhinədir və Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək cəhdlərii ilə bağlı istənilən ittihamları rədd edir”, - deyə Kasyanov qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi