azia.az
azia.az

Bu aparıcını sevgilisi 30 bıçaq zərbəsi ilə öldürdü-DƏHŞƏT

6-01-2023, 08:28

Bildirilir ki,  “Русское радио Вологда” radiosunun aparıcısı Anna Azovskaya qətlə yetirilib. 

Onun cəsədi Moskvadakı mənzilində tapılıb. Belə ki, meyitin üzərində 30-dan çox bıçaq xəsarətləri olub.

Araşdırmalardan sonra şübhəli bilinən Annanın sevgilisi Vladimir Maklakov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq Komitəsinin saytında dərc olunan məlumata görə, 33 yaşlı kişiyə qarşı cinayət işi başlanıb: “Həmçinin istintaqın məlumatına görə, 2023-cü il yanvarın 3-də Moskvanın Polina Osipenko küçəsində yerləşən yaşayış binasının mənzilində 1988-ci il təvəllüdlü qadının meyiti tapılıb. Müayinə zamanı onun üzərində ən azı 30 bıçaq xəsarəti aşkar edilib”, – deyə rəsmi məlumatda qeyd olunub. Hadisənin hansı zəmində baş verdiyi barədə məlumat verilmir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi