azia.az
azia.az

Fonoqrama oxumağa QADAĞA qoyuldu

4-01-2023, 10:28

Qırğızıstan hökuməti 2023-cü il yanvarın 1-dən yerli sənətçilərə fonoqramla oxumağı qadağan edib.

Xəbər verilir ki, bu barədə sərəncamı ölkənin mədəniyyət naziri Altınbek Maksutov imzalayıb.


Bildirilib ki, məhdudiyyət ölkənin Mədəniyyət Nazirliyinin tabeliyində olan dövlət mədəniyyət və təhsil müəssisələrinə şamil edilir.

Sərəncama əsasən, incəsənət xadimləri teatrlarda, filarmoniyalarda, konsert salonlarında, klublarda, kinoteatrlarda, muzeylərdə və kitabxanalarda keçirilən tədbirlərdə canlı çıxış etməlidirlər.

Nazir fonoqrama qoyulan qadağaya riayət olunmasına şəxsən nəzarət edəcəyinə söz verib.

İqbal Rzayev,

KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi