azia.az
azia.az

Qadın sürücü avtomobili belə aşırdı - VİDEO

4-01-2023, 08:55

İsmayıllı-Qəbələ yolunda avtomobil qəzası baş verib. 


Xəbər verilir ki, yolun İsmayıllı rayonu Buynuz kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı “Chevrolet” markalı, 90-OV-153 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. 

Qəza zamanı sürücü Gülarə Fuad qızı və avtomobildə sərnişin qismində əyləşmiş nənəsi, 1947-ci il təvəllüdlü Səyyarə Əliyeva xəsarət alıblar. Onlar dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır. Yenilik.az 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi