Anasından 10 manat pul istədiyinə görə görün nə etdi
Abşeron Rayon Məhkəməsində ögey qardaşını döyməkdə təqsirləndirilən Osman Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, cinayət işinə xitam verilib və Osman Səfərov cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə Abşeron rayonu,
Qobu qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Osman Səfərov evdə ögey qardaşı Səfər Səfərovla (şərti) aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb Səfərin anasından 10 manat pul istəməsi olub. Bu zaman təqsirləndirilən şəxs yumruq və taxta parçası ilə ögey qardaşı Səfərin bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Nəticədə zərərçəkmişin ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, eləcədə sol baldırında qançır əmələ gəlib.
İstintaqın gəldiyi qənaətə görə, Osman ögey qardaşına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.
Hadisədən sonra Səfər Səfərov Abşeron Rayon Polis İdarəsinə müraciət edib. O, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Pravda.a
Kamal Məmmədov