azia.az
azia.az

İşçi tələb olunur: MAAŞ 2500 AZN

25-12-2022, 09:51

Askona

Mağaza direktoru
 

Son tarix 23 yan 2023 - t.tanriverdieva@askonalife.az

Namizəd üçün tələblər:
Təcrübə: Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı (qida sektoru istisna olmaqla)
Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
Analitik təhlil qabiliyyətinə sahib olmalı;
MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
Yaş: 25-40
Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Təhsil: Orta ixtisas/Ali təhsil
Vəzifələr:
Mağazanın ümumi fəaliyyətini təşkil edir;
Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir;
Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
 

Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;

İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;

Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;

Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;

Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə  nəzarət edir;

Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;

Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;

Mal qalıqlarına nəzarət və uçotun aparılması;

Assortimentin və satışın analizi;

Daxili inventarizasiyanın aparılması;

Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.

Görülən işlərin qeydinin aparılması

İş qrafiki: 5 günlük iş qrafiki


Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər). Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 1500-2500 manat.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza direktoru” qeyd etməklə göndərmələri xahiş olunur.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi