azia.az
azia.az

MİTSOTAKİS: "YUNANISTAN TÜRKİYƏYƏ AXTARIŞ İŞLƏRİNDƏ KÖMƏK ETMƏYƏ HAZIRDIR"

24-12-2022, 09:05

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis öz Tvitter hesabında Bartının Amasra rayonunda 41 nəfərin öldüyü partlayışla bağlı mesaj yayıb.

Mitsotakis, “Türkiyənin Bartın vilayətində baş verən dəhşətli mədən partlayışı və insan itkisi xəbərini eşitmək kədərlidir. Yunanıstan axtarış işlərinə yardım göndərməyə hazırdır” dedi.

DENDİASDAN ÇAVUŞOĞLUYA ŞƏRTLİ MESAJ

Yunanıstanın xarici işlər naziri Nikos Dendias da xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı mesajı göndərərək, “Faciəli həyat itkisindən dərin kədərləndiyini” ifadə edərək, “Həyatını itirənlərin ailələrinə başsağlığı, yaralılara isə tezliklə şəfa diləyirik” deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi