azia.az
azia.az

Dövlət qurumu bu rayonlarda həyətyanı torpaqları alacaq

22-12-2022, 12:25


“Azərsu” ASC boru xətlərinin keçdiyi və quruma aid tikililərin olduğu torpaq sahələrini alacaq. Məqsəd isə təhlükəsizliyin təmin olunmasıdır.

Valyuta.az ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı olaraq qurum istifadəsində olan əsas vəsaitlərin və tikintisi altına düşən torpaq sahələrinin dəyərləndirilməsi və mütəxəssis rəyinin alınmasını həyata keçirəcək. 

Sözügdən qiymətləndirməni “Sorğu Ekspert Mərkəzi” MMC icra edəcək və xidmət qarşılığında təşkilata 40,257 min manat ödəniləcək.

Dəyərləndirilən torpaq sahələri Şabran, İsmayıllı, Neftçala, Balakən, Qazax rayonunda yerləşən həyətyanı və digər təyinatlı torpaqlardır.

“Azərsu” ASC “Ölkə.Az”a məlumatı təsdiqləyib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi