azia.az
azia.az

İntiqam Babayev vəzifəsindən azad edildi

21-12-2022, 18:02

Bildirilir ki, Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri İntiqam Babayev tutduğu vəzifədən azad edilib.  İ.Babayev bu vəzifəyə 2022-ci ilin martında təyin olunmuşdu. O, 2000-ci ildən 2021-ci ilin noyabrına qədər gənclər və idman nazirinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, İ.Babayev 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb. 1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalış


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi