azia.az
azia.az

Saçlara bu qaydada qulluq edin

21-12-2022, 08:19

açlar diqqət və qayğı tələb edir. Bəzi qaydalar vardır ki, fəsillərin dəyişilməsindən asılı olmayaraq onlara əməl etmək lazımdır. Saçların daima canlı olması üçün onlara düzgün qulluq edilməlidir.

* Saçlar hər gün müxtəlif istiqamətlərdə şotka daraqla daranmalıdır.

* Saçlar hər axşam yatmazdan əvvəl daranmalıdır.

* Saçları yaxşı böyüməsi üçün onları darayarkən dibini də massaj eləmək lazımdır.

* Uzun saçları ucundan yuxarıya doğru daramaq lazımdır.

* Pırtıaşıq saçları seyrək dişli daraqla daramaq lazımdır.

* Başda tağ ayırarkən vaxtaşırı yerini dəyişmək lazımdır.

* Cod saçları yuyarkən sonda yaxaladıqda 1 litir suya 2 xörək qaşığı sirkə tökün və saçınızı yaxalayın, sonra yenidən durulayın.

* Normal saçlar lazım olduqda, yağlı saçlar isə daha tez-tez yuyulmalıdır.

* Quru saçları olan adamlar saçlarını həftədə 1 dəfədən tez yumamalıdır.

* Hər saçın xarakterinə uyğun şampun seçilməlidir.

* Yuduqdan sonra saçları yumuşaq dəsmalla və otaq şəraitində qurutmaq lazımdır.

* Uzun müddət günün altında durduğunuz zaman başınızı bağlayın.

* İmkan daxilində saçlarınızı yumazdan əvvəl ona qidalandırıcı kompress qoyun, 2-3 saat sonra yuyun.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi