Kaprizli uşaqları planşet və telefonlarla sakitləşdirməyi kim qadağan edir?
Cizgi filmləri, oyun oynamağa görə istifadə edilən planşet və ya telefon uşağı əyləndirmək və sakitləşdirmək üçün çox etibarlı və sübut edilmiş bir üsul kimi görünür və bunun öhdəsindən çox yaxşı gəlir. Bununla belə, alimlər hesab edirlər ki, bu üsul daimi olaraq istifadə edilməməlidir.
Miçiqan Universitetinin alimləri tərəfindən yeni araşdırma aparılıb.
Araşdırmada 400-dən çox valideyn və eyni sayda 3-5 yaş arası uşaq iştirak edib. Tədqiqat 2018-ci ilin avqustundan 2020-ci ilin yanvarına qədər, pandemiyadan əvvəl aparılıb.
Tədqiqat zamanı alimlər müəyyən ediblər ki, qadcetlərin sakitləşdirici mexanizm kimi daimi istifadəsi uzun müddət uşaqlarda emosional reaktivliyin artmasına və emosiyaların tənzimlənməsinin pozulmasına gətirib çıxarır.
Tədqiqatçılar həmçinin hiperaktivlik, əsəbilik və ya güclü temperament əlamətləri olan gənc oğlan və uşaqlarda bunun daha güclü olduğunu aşkar ediblər. Tədqiqatçılar hesab edirlər ki, tablet və qadcetlər zaman keçdikcə körpələrin emosiyalarını tənzimləmək üçün öz üsullarını inkişaf etdirməyə mane olur.
Tədqiqatın müəllifi davranış üzrə pediatr Cenni Radeski bildirib ki, tabletlər uşaqları sakitləşdirməyin effektiv üsulu kimi görünsə də, körpələrin emosional inkişafını ləngidir.
Qeyd edək ki, alimlər daha çox tablet və emosional disbalans arasındakı əlaqəni güclü emosiyalara və xarici dünya ilə mübarizəyə meylli olan uşaqlarda tapıblar. Bununla belə, tədqiqatçılar hesab edirlər ki, tabletlər bunu sakitləşdirmə mexanizmi kimi istifadə bütün uşaqlara erkən yaşda zərər verəcək. Beləliklə də uşağın emosiyalarla mübarizə aparmaq üçün öz üsullarını inkişaf etdirmək şansı olmayacaq.
Alimlər qeyd edir ki, burada söhbət tabletlətrdən istifadəni tamamilə kəsməkdən getmir – onlardan mülayim şəkildə istifadə hətta uşaqlar üçün də faydalı olacaqdır, lakin balansı saxlamaq vacibdir. Alimlər tabletlərə alternativ olaraq uşağı sakitləşdirməyin bir neçə başqa üsulunu da təklif ediblər:
• musiqiyə qulaq asmaq;
• plastilindən nə isə düzəltmək;
(trampolin)
• emosiyaların rəng kodlaması (rəngli toplar və ya elementlər olan masaüstü oyunlar);
• mənfi emosiyaları atmaq üçün yastıqları vurmaq (boks avadanlıqları da olabilər).
Xanım