azia.az
azia.az

Bakının mərkəzində möhtəşəm layihə: 30 hektarlıq ərazidə... (FOTOLAR)

19-12-2022, 12:38


Bakının Nərimanov rayonunda yeni salınacaq istirahət parkının layihə görüntüləri yayılıb.

Azia.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrini əhatə edəcək yeni park 30 hektar ərazini əhatə edəcək və meşə-park tipli olacaq.
Parkda bir neçə stadion və tennis kortunun tikintisi də nəzərdə tutulub.

Bundan başqa yeni tikiləcək parkı yolun əks tərəfindəki Dədə Qorqud parkı və Bakı Zooloji Parkı ilə əlaqələndirmək üçün yerüstü keçidlərin yaradılması da layihəyə daxil edilib.

Layihə fotolarını təqdim edirik:




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi