azia.az
azia.az

Ermənipərəst sülhməramlılar Şuşa-Xankəndi yolundakı vəziyyətin həlli ilə bağlı təkliflər verdi

18-12-2022, 09:56

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Şuşa-Xankəndi yolundakı vəziyyətin həlli ilə bağlı danışıqlar prosesi əsasında Ermənistan və Azərbaycana təkliflər verib.

Bu barədə Rusiya Müdafiə Nazilriyi məlumat yayıb. Hazırda sülhməramlılar tərəflərin cavablarını gözləyir.

Məlumata görə, sülhməramlılar otuz müşahidə məntəqəsində gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Kontingentin müvəqəti məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb.

Həmçinin, bildirilir ki, Şuşa-Xankəndi avtomobil yolunda, sülhməramlıların 7 saylı postu ərazisində vəziyyət dəyişməyib.


Qeyd olunur ki, Rusiya sülhməramlılarının komandanlığı təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi