azia.az
azia.az

Bir şilləyə görə tanışını öldürdü - TƏFƏRRÜAT

8-12-2022, 09:41

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən 2006-cı il təvəllüdlü Əsgər Əsgərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti 57/2 ünvanında yerləşən “Nizami Gəncəvi” parkında qeydə alınıb. Bekə ki, Əsgər Əsgərovun tanışı Mahir Nuriyev (şərti) ona zarafat məqsədilə şillə vurub. Təqsirləndirilən şəxs isə ondan belə hərəkətlərinə son qoymasını tələb edərək nalayiq sözlər işlədib. Yeniyetmələr arasında anlaşılmazlıq yaranıb. Onlar anlaşılmazlığı aradan qaldırmaq məqsədilə parkın digər hissəsinə gədiblər. Zərərçəkmiş şəxs qəflətən yumruq zərbəsi ilə onu vurmağa cəhd edib. Əsgər isə həmin zərbədən yayınaraq münaqişə zəminində zərərçəkmiş şəxsin başına yumruqla zərbələr vuraraq döyüb. Bir qədər keçəndən sonra Mahir almış olduğu xəsarətlərdən ölüb.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi