azia.az
azia.az

Özünü güllələyən əsgərlə bağlı məlumat yayıldı

7-12-2022, 09:31

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) özünü güllələyən hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlu vəfat edib.

 

Xəbər verilir ki, əsgər müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi