azia.az
azia.az

75 yaşlı qadın ərini və qızını öldürüb həyətində basdırıbmış - 25 il sonra üzə çıxdı (VİDEO)

28-11-2022, 18:56

5 yaşlı Hayriye Fındıkoğlu 25 il əvvəl əri Arap Tanıdır və 22 il əvvəl qızı Zeynep Tanıdırı qətlə yetirərək Kahramanmaraşda evinin bağçasında basdırdığı iddiası saxlanılıb. 

Məhkəməyə təqdim edilən şikayətdə 75 yşlı qdın barəsində iki dəfə “qəsdən adam öldürmə” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib.

Məlumatda bildirilir ki, öldürülən Zeynep Tanıdırın adı açıqlanmayan qızı nənəsi Hayriye Fındıkoğlundan anası haqda soruşduqda Almaniyaya getdiyi cavabını alıb. Lakin nəvənin apardığı araşdırmaları zamanı anasının Almaniyaya getməsi ilə bağlı heç bir məlumat əldə edə bilməyib. 

Daha sonra qızı polis bölməsinə gedərək anasının yoxa çıxdığını, öldürülə biləcəyini deyib.  Polisin aaşdırmaları zamanı məlum olub ki,  Zeynep Tanıdırın atası Arap Tanıdırın da itkindir. 

Polisin onları izlədiyindən xəbərsiz olan 75 yaşlı qadınınn oğlu Mehmet Tanıdır telefonla anasına “Mən köhnə evi qazmalıyam” deyib. Polis həmin səmtdəki ev və bağçada kadavr it ilə qazıntı işləri aparsa da, heç bir nəticə verməyib. 

Bu vaxt ailənin şübhəli davranışı ilə Hayriye Fındıkoğlunun iki oğıu (oğulları Mehmet Tanıdır, M.T) və 2 qızı ( F.Z., G.E), eləcə də  Fahri Çiftçi, C.Z. və G.T. adlı şəxslər saxlanılıb.

Yaşlı qadın polislər tərəfindən qızı Zeynəb Tandırın basdırıldığı evin həyətə aparılıb və yeri meyitin basdırıldığı yer təyin edilib. Araşdırmaların sonunda Arap Tanıdır və qızı Zeynep Tanıdırın sümükləri tapılıb.  Qadın və 7 nəfər  polis bölməsində dindirildikdən sonra məhkəməyə aparılıb. 

Saxlanılanlardan  Hayriye Fındıkoğlu , ona kömək edən oğlu Mehmet Tanıdır və ailədən kənar bir şəxs Fahri Çiftçi həbs edilib. 

Hadisə ilə bağlı aparılan istintaqın sonunda 1997-ci ildə ərini ov tüfəngi ilə öldürdüyü, 2000-ci ildə isə qızını zəhərlədiyi iddia edilib. 

Məhkəmədə Hayriye Fındıkoğlu barəsində "əvvəlcədən planlayaraq qəsdən adam öldürmə" maddəsi ilə 2 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası,  ona kömək etməktə ittihmam olunan Mehmet Tanıdır və Fahri Çiftçi barəsində  20 ilə qədər həbs cəzası tələb edən iddia qaldırılı. (32gun.az)




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi