Səfirin arvadı sevgilisi ilə birgə ərini öldürüb - FOTO
Yunanıstanın Braziliyadakı səfirinin həyat yoldaşı Fransuaza de Souza Oliveyra 2016-cı ildə ərinin qətlini təşkil etdiyinə görə 31 il müddətinə azadlıqdan məhrum edilib.
Azia.az “elcomercio.pe”yə istinadla xəbər verir ki, polis araşdırması nəticəsində Fransuaza de Souza Oliveyranın ərini polis sevgilisi Sərgio Qomez ilə əlbir olaraq qətlə yetirdiyi üzə çıxıb.
Qətldə əli olan S.Qomezə isə 22 il həbs cəzası verilib.
Saxlanılan polisin qohumu Eduardo Moreyra səfirin cəsədini gizlətdiyinə görə bir il həbs cəzasına məhkum edilib. E.Moreyranın bir illik həbs müddəti artıq başa çatıb.
Məhkəmə prosesində hakim 18 şahid dinlənilib.
Qeyd edək ki, Braziliyada yaşayan 59 yaşlı Kiriakos Amiridis Milad tətili üçün 2016-cı ildə həyat yoldaşı və qızı ilə birlikdə Rio de Janeyroya gedib. Milad bayramından bir neçə gün sonra diplomatın meyiti körpünün altında icarəyə götürülmüş avtomobildə parçalanmış şəkildə tapılıb.