azia.az
azia.az

ABŞ Yunanıstana silah yığır! Bu dəfə onlar MQ-9 Reaper İHA-nı yerləşdiriblər

26-11-2022, 09:04

ABŞ bir il müddətinə Yunanıstanın Larissa Hava Bazasına 8 təkmil MQ-9 Reaper Pilotsuz Uçuş Aparatını (PUA) yerləşdirib.

AA müxbirinin Yunanıstan mətbuatında yer alan xəbərdən sonra Pentaqondan aldığı məlumata görə, MQ-9 PUA-ları daha əvvəl geri çəkildiyi Larissa bazasına yenidən yerləşdirilib.

Noyabrın 12-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd MQ-9 Reaper PUA müvafiq texnika və şəxsi heyətlə Larissa aviabazasına gəlib.

Yerləşdirmənin bir il müddətinə və ABŞ-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi çərçivəsində ABŞ Avropa Komandanlığı (EUCOM) ilə Yunanıstan ordusu arasında noyabrın 1-də imzalanan razılaşma çərçivəsində edildiyi öyrənilib.

Yunan ordusu iddia edib ki, bu yerləşdirmə müttəfiq qüvvələrlə əməkdaşlığı yaxşılaşdırmaq səylərinin bir hissəsidir və “NATO-nun qarşılıqlı fəaliyyətinə və çəkindirməsinə töhfə verəcək”. (AA)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi