azia.az
azia.az

İlhamla irəli

21-11-2022, 18:23


 

Rüstəmov Tengiz Camal oğlu 1978-ci ildə Şabran rayonunun Beynəlmiləl kəndində anadan olub. Əmək fəaliiyətinə 2003-2006-cı illərdə “Bakı Steel Company” şirkətində mühafizəçi kimi başlayıb. 2006-2014-cü illərdə AR Standartlaşdırma  Metereologiya və Patent üzrə Dövlət Komitəsində baş məsləhətçi kimi işləyib, III dərəcəli dövlət qulluqçusudur. 2016-2018-ci illərdə “AR Dəmiryolları” QSC-də yol nəzarətçisi kimi fəaliyyəti olub. 01.06.2022-ci il tarixdən Şabran rayon notariusunun aparıcı mütəxəssisi vəzifəsində işləməklə paralel olaraq, 01.10.2022-ci il tarixdən Xaçmaz rayonunun Mediatorudur. Şabran rayonunun Notarial kontorunun notariusu Səbuhi Əliyevi Ədliyyə günü münasibətilə təbrik edirik.

 

QURBAN AZƏRBAYCANA

 

Ölkəm olub çıraqban

Xalqım olub firavan.

Şad yaşayır hər insan

Sağ ol, deyək İlhama,

Qurban Azərbaycana!

 

Buruqlarım yan-yana,

Neftim çatır hər yana.

Əhsən, belə insana,

Sağ ol, deyək İlhama,

Qurban Azərbaycana!

 

Muğam tutub dünyanı,

Dəfi, tarı, kamanı.

Tanıtdırdı anbaan,

Əziz bacım, Mehriban.

Sağ ol, deyək İlhama,

Qurban Azərbaycana!

Ordumuzda var təpər,

Əsgər olub müzəffər.

Nəhayət çaldıq zəfər,

Sağ ol, deyək İlhama,

Qurban Azərbaycana!

 

O, sözünün ağası,

Özü qeyrət qalası.

Ulu Heydər balası,

Sağ ol, deyək İlhama,

Qurban Azərbaycana!

 

Vətəndə istiqlaldı,

Bayrağımda hilaldı,

Min yol ona halaldı,

Sağ ol, deyək İlhama,

Qurban Azərbaycana!

 

Şuşada dağlara bax,

Dağlardakı qara bax.

Azad oldu Qarabağ,

Şəhid, qazi yan-yana,

Qan uddurdu düşmənə,

Sağ ol, deyək İlhama,

Müzəffər komandana,

Qurban Azərbaycana!


Ceyhun


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi