azia.az
azia.az

Baş redaktor ailəsi ilə birgə qəzaya düşdü - FOTO

21-11-2022, 08:31

Göyçayda yük və minik avtomobillərinin toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.

Xəbər verilir ki, qəza nəticəsində minik avtomobilində olan “Göyçay” qəzetinin baş redaktoru Abdulla Əliyev və ailə üzvləri xəsarət alıblar.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin ilkin rəyinə əsasən, Abdulla Əliyevin vəziyyəti ağırdır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax yolunun 209-cu kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi