azia.az
azia.az

Sürücü cərimələnərkən bunu tələb etmə hüququ var

19-11-2022, 10:41

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu sürücülərin müraciəti ilə bağlıdır.

Sual: YPX inspektoru inzibati xəta törətdiyim anın görüntüsünü mənə təqdim etmədi. Bu nə dərəcədə doğrudur?

Cavab: Bildiririk ki, yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır.

Lakin törətdiyiniz yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyinə görə inzibati xətanın törədildiyi anın fotoşəklinin təqdim edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.

Hazırladı: Miri Məcidli

 

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi